Blinken: Biz Ukraynanın qələbəsinə tam sadiqik
    • 12-09-2024, 08:08
    • 372

Blinken: Biz Ukraynanın qələbəsinə tam sadiqik

ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi diplomatik təmaslar üçün səfər etdikləri Kiyevdə ukraynalı həmkarları Andrii Sibiha ilə birgə mətbuat konfransı keçiriblər.

News24.az xəbər verir ki,ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın işğal cəhdinə qarşı Ukraynaya dəstəklərini təkrarlayaraq, “Ukrayna xalqının birbaşa bizdən eşitməsi vacibdir: Biz Ukraynanın qələbəsinə tam sadiqik. Biz təmin etmək istəyirik ki, Ukrayna nəinki bu gün özünü müdafiə edə, həm də qarşıdakı dövr ərzində hərbi, iqtisadi və demokratik cəhətdən öz ayaqları üzərində möhkəm dayana bilsin”, - o deyib. 

Ukraynanın qalib gəlməsini istədiklərini açıq şəkildə bildirən Blinken, "Ukraynanın cəsur müdafiəçilərinin və vətəndaşlarının bunu etməsi üçün lazım olan dəstəyi verməyə davam etməkdə qərarlıyıq" dedi.

Ukraynaya verilən dəstəyin heç bir ölkədən, partiyadan, seçkidən asılı olmadığını və davam edəcəyini vurğulayan Blinken, 2022-ci ilin fevralından bu yana Ukraynaya 10 milyard dollardan çox təhlükəsizlik yardımı edən 50-dən çox ölkə ilə birlikdə hərəkət etdiklərini xatırladıb. Rusiya prezidenti Vladimir Putinə müraciət edən Blinken, “Dəstəyimiz azalmayacaq; Bizim birliyimiz pozulmayacaq. Putin nə Ukraynanın uğuruna sadiq olan ölkələrin koalisiyasından, nə də Ukrayna xalqından üstün olmayacaq.

Eyni zamanda, Blinken və Devid Lami Ukraynaya müxtəlif sahələrdə təxminən 1,5 milyard dollarlıq əlavə yardım edəcəklərini açıqlayıblar.

Günel Məlikzadə