-
- 6-08-2024, 21:07
- 596
Göz sağlamlığı üçün bunlara diqqet edin - AÇIQLAMA
Kosmetika vasitələrinin paylaşılması, gigiyena qaydalarına riayət edilməməsi, saxlama müddəti ötmüş məhsullardan istifadə göz infeksiyası riskini artırır.
News24.az xəbər verir ki, bu barədə britaniyalı oftalmoloq Nimmi Mistri məlumat verib.
Həkim ictimai nəqliyyatda kosmetik vasitələrdən istifadə etməyə adət etmiş qadınlara tutacaqlarda və oturacaqlarda Pseudomonas aeruginosa bakteriyasının mümkün təması nəticəsində keratit və konyunktivit kimi göz infeksiyalarına yoluxma ehtimalı barədə xəbərdarlıq edib. Kontakt linza taxan və ya immun sistemi zəifləmiş insanlar üçün bu riskdən xəbərdar olmaq xüsusilə vacibdir.
Yatmadan əvvəl üzün və gözlərin kifayət qədər təmizlənməməsi, həmçinin makiyaj tətbiq etmək üçün çirkli vasitələrdən istifadə kornea iltihabının inkişafına kömək edə bilər. Məsələn, çirkli süngərlər və fırçalar Staphylococcus aureus üçün ideal bir çoxalma yeri ola bilər.
Göz infeksiyası riskini artıran digər mühüm amil isə vaxtı keçmiş kosmetik vasitələrdən istifadədir. Bakteriyaların böyüməsinin qarşısını alan konservantlardan ibarət olsa belə, vaxtı keçmiş makiyaj məhsulları zamanla təhlükəli ola bilər.
Həkim, həmçinin qeyd edib ki, zədələnmiş tuşla makiyaj tətbiq etmək ağır nəticələrə səbəb ola bilər.