Gözəllik yarışmasının finalçısı həyat yoldaşı tərəfindən ÖLDÜRÜLDÜ
    • Bu gün, 17:13
    • 157

Gözəllik yarışmasının finalçısı həyat yoldaşı tərəfindən ÖLDÜRÜLDÜ

2024-cü ilin fevralında İsveçrənin Bazel şəhərinin Binningen rayonunda öldürülən gözəllik yarışmasının finalçısı Yoksimoviçin əri Tomasın həyat yoldaşını öldürdüyünü etiraf etdikdən sonra azadlığa buraxılmasını tələb etdiyi və bu tələbin İsveçrəlilər tərəfindən rədd edildiyi bildirilib.  

News24.az  İsveçrə mətbuatına istinadən xəbər verir ki, Tomas həyat yoldaşı Yoksimoviçi öldürdükdən sonra onun bədənini mişar, bıçaq və bağ qayçısı ilə parçalara ayırıb və parçaları blenderə qoyub. Tomas daha sonra bu parçaları kimyəvi maddələrlə əridib.

İsveçrə mediasından BZ Baselin xəbərində Tomasın həyat yoldaşına bıçaqla hücum etdiyi üçün öldürdüyünü açıqlayıb və bunun özünümüdafiə olduğunu iddia edib. Məhkəmə Yoksimoviçin boğularaq öldürülməsinə qərar verib. Tomasın polisə verdiyi ilk ifadəsində "Yoksimoviçi ölü tapdığını", "panikaya qapıldığını" və cəsədi parçaladığını söylədiyi də bildirilib.

Qeyd edək ki, İsveçrədə keçirilən gözəllik yarışmasında model və finalçı olan Yoksimoviç 2017-ci ildə Tomasla evlənib.

Məryəm İlhamqızı