“Səs” yarışmasının iştirakçısı özünü öldürdü
    • 9-04-2024, 09:39
    • 552

“Səs” yarışmasının iştirakçısı özünü öldürdü

Rusiyanın məşhur opera və estrada müğənnisi, “Səs” yarışmasının iştirakçısı Yevgeni Kunqurov Moskvada intihar edib.

News24.az xəbər verir ki, 40 yaşlı ifaçının həyat yoldaşı xilasetmə xidməti ilə əlaqə saxlayıb və bildirib ki, ərindən intihar edəcəyi ilə bağlı mesaj alıb. Kungurov həyat yoldaşına "cəsədini sabah vannada tapacağını" yazıb və bundan sonra zənglərə cavab verməyib.

Qadın hadisə yerinə xilasediciləri və polisi çağırıb. Sənətçinin cəsədini evin pəncərələrinin altında tapıblar. Kunqurovun psixi problemləri olub. O, xəstəxanada rəsmi qeydiyyatda olmayıb, lakin özəl klinikalardan birində psixiatr tərəfindən müşahidə altında olunub.

Teymur Məmmədov