iOS 18.1 yeniləməsi Siri-ni "xarab elədi" - ŞİKAYƏTLƏR ARTIR
    • Bu gün, 16:04
    • 67

iOS 18.1 yeniləməsi Siri-ni "xarab elədi" - ŞİKAYƏTLƏR ARTIR

Apple-ın yeni iOS 18.1 Beta yeniləməsini quraşdıran bəzi iPhone istifadəçiləri Siri-nin işləməməsindən şikayətlənməyə başlayıblar. Bir çox istifadəçi Siri-dən istifadə etməyə çalışarkən ekranlarında “Siri mövcud deyil” mesajını görür. 

News24.az xəbər verir ki, iOS 18.1 yeniləməsini quraşdıran istifadəçilərin şikayətlərinə əsasən ekranda “Siri məlumatları endirilir” və ya “Wi-Fi-ya qoşulun” kimi xəbərdarlıqların göründüyü anlaşılıb. Əslində, bəzi istifadəçilər endirmənin daim 99% səviyyəsində qaldığını və Siri-nin tamamilə işləmədiyini bildirib.

Bu bezdirici məsələ sosial media platformalarında və Reddit, X (keçmiş Twitter) kimi forumlarda geniş şəkildə bildirilib. Apple istifadəçilərinin əksəriyyəti bu problemlə üzləşsə də, bəziləri iOS 18.1 Beta versiyasında heç bir problem yaşamadıqlarını bildirir.

İstifadəçilər müxtəlif həll yollarını sınasalar da, bunlar heç biri işə yaramayıb. Xüsusilə Siri məlumatlarının endirilə bilmədiyi və ya yükləmənin 99%-də ilişib qaldığı hallarda, hətta cihazın yenidən işə salınması və ya şəbəkə parametrlərinin sıfırlanması kimi klassik həllər də təsirli olmayıb.

Günel Məlikzadə