Şimali İraqda hava əməliyyatı: 19 terrorçu zərərsizləşdirildi
    • Bu gün, 16:06
    • 68

Şimali İraqda hava əməliyyatı: 19 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) sərhədyanı əməliyyatları davam edir.

News24.az xəbər verir ki, İraqın şimalında keçirilən əməliyyatlarda ümumilikdə 19 terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, əməliyyatlar sentyabrın 7, 8 və 9-da həyata keçirilib.

Qarada 10, Hakurkda 6, Qəndildə 3 terrorçu zərərsizləşdirilib.

“Biz terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatları davam etdirəcəyik”, - deyə bəyanatda qeyd olunub. 

Günel Məlikzadə