"Google"-dan ŞAD XƏBƏR - BU PROQRAM PULSUZ OLDU
    • Dünən, 23:08
    • 142

"Google"-dan ŞAD XƏBƏR - BU PROQRAM PULSUZ OLDU

Google, süni intellektli söhbət bot Gemini Live-ni Android istifadəçiləri üçün pulsuz etdiyini açıqlayıb. 

News24.az xəbər verir ki, daha əvvəl aylıq təxminən 36 azn-lik Gemini Advanced abunəsi ilə əldə edilə bilən Gemini Live, artıq proqram vasitəsilə hər kəs tərəfindən istifadə edə bilər.

Qeyd edək ki, keçən ay ilk dəfə elan edilən Gemini Live istifadəçilərə süni intellektlə səsli söhbətlər etməyə imkan verir. Şirkətin son isə addımı səs botunu Android istifadəçilərinə açmaqdır.

Shiftdelete-nin xəbərinə görə, bu addımla Google, ödənişli olan ChatGPT-nin Səs rejiminə qarşı liderlik edib.

ChatGPT-nin səs funksiyasının gələcəkdə daha geniş auditoriyaya təqdim edilməsi planlaşdırılsa da, onun nə vaxt pulsuz olacağı bəlli deyil. Həm Gemini Live, həm də ChatGPT Audio Mode telefon kamerasından istifadə edərək vizual olaraq daha səmərəli söhbət təcrübəsini hədəfləyir.

Məryəm İlhamqızı