Mirzoyanla Arsenyan arasında nə baş verir? -
    • 14-09-2024, 11:27
    • 198

Mirzoyanla Arsenyan arasında nə baş verir? - "Münasibətlər gərgindir"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan arasında münasibətlər gərgindir. 

News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Nəşr öz mənbələrinə istinadən yazır ki, Mirzoyan səfir təyinatı ilə həvəslənmir, çünki onun namizədliyi parlamentin hazırkı sədri Alen Simonyanyan tərəfindən irəli sürülüb. 

Bundan başqa, Arsenyan deputat kimi dəfələrlə XİN-in ünvanına xoşagəlməz qiymətləndirmələrə yol verib, Mirzoyana mühazirə oxuyub.

Aqil Qarayev