Saralmış yastıq üzlərini BELƏ AĞARDIN
    • 16-09-2024, 22:26
    • 434

Saralmış yastıq üzlərini BELƏ AĞARDIN

Hər gecə yatdığımız yastıqlar uzun müddət yuyulmadıqda saralmağa başlaya bilər. Yastıq üzlərinin saralması təkcə gigiyena problemi deyil. Sağlamlığımızı da riskə atan bu vəziyyətdən tez bir zamanda xilas olmalıyıq. 

News24.az xəbər verir ki, ən sağlam üsul, yastıq üzlüklərini daha çox təbii məhsullardan ibarət qarışıqla təmizləməkdir.

Yastıq örtüklərindəki saralmanı aradan qaldırmaq üçün istifadə edilən təbii üsulun tərkib hissələri aşağıdakılardır:

Yarım stəkan ağ sirkə

Bir stəkan hidrogen peroksid

Yarım stəkan boraks

Yarım stəkan yuyucu toz

Yastıq üzlüklərini təbii üsullarla təmizləmək üçün ilk öncə hidrogen peroksid və sirkəni böyük bir hövzəyə tökün. Sonra yastıqların üzərini örtəcək qədər su əlavə edin.  Daha sonra digər inqrediyentləri də əlavə edib bir neçə saat belə buraxın. Nəhayət, yastıqları maşında normal rejimdə yumaqla saralmadan xilas ola bilərsiniz.

Məryəm İlhamqızı