-
- 16-09-2024, 23:45
- 759
Hər kəs bu səhvi edir - dəzgahlarınızı belə təmizləməyin
Ev təmizliyi zamanı xüsusilə xırda detallara fikir vermək lazımdır. Yemək hazırladığımız və yeməkləri üzərində saxladığımız mətbəx dəzgahlarını təmizləyərkən insanların çoxunun gözdən qaçırdığı bir şey var.
News24.az xəbər verir ki, mətbəx dəzgahlarının təmizlənməsi ilə bağlı bu səhv yuyucu vasitələrlə yuyulmasıdır.
Mətbəx dəzgahlarında güclü kimyəvi komponentlər olan yuyucu vasitələrdən istifadə mərmər konstruksiyasını zədələyir və onun köhnəlməsinə səbəb olur.
Eyni zamanda bu aşınma ilə mətbəx dəzgahlarının konstruksiyasında yuyucu toz qalıqları toplanır və üzərinə hər hansı bir yemək qoyduğunuzda qida ilə birlikdə kimyəvi maddələr bədənimizə daxil olur. Bu vəziyyət həm maddi, həm də sağlamlıq baxımından risk yaradır.
Bu səbəbdən mətbəxinizi təbi üsullarla təmizləməyə üstünlük verməlisiniz.
Bu üsulu tətbiq etmək üçün sprey şüşəsinə 2 xörək qaşığı soda və 2 stəkan su tökün. Bu qarışığı tamamilə homojen olana qədər silkələyin. Aldığınız spreydən istifadə edərək dəzgahları parça ilə təmizləyə bilərsiniz.
Məryəm İlhamqızı