-
- 13-06-2019, 18:29
- 1 250
"7 Gözəl Wedding Fashion Show - Awards 4"də maraqlı anlar YAŞANIB - FOTOLAR - VİDEO
Paytaxt Bakıda ənənəvi olaraq artıq 4-cü dəfə keçirilən "7 Gözəl Wedding Fashion Show&Awards 4"də maraqlı anlar yaşanıb.
News24.az xəbər verir ki, "Elite Events Hall"da keçirilən "7 Gözəl Wedding Fashion Show & Awards 4"də gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, rəqs qruplarının, müğənnilərin çıxışı, iş adamlarının digər sahələr üzrə uğuranmış şəxslərin və məşhurların mükafatlandırılması baş tutub.
Gəlinlik butiklərindən "White Room by Diamond" və "FH Bridal", ziyafət geyimlərindən isə "Rufina couture" və "By Nika Collection"nun defilələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Gecədə "Azəri atəşi" rəqs qrupu, müğənnilərdən Javid, Ayaz Babayev, Xatirə İslam və digərləri çıxış ediblər.
Surprizlərlə dolu bir gecədə ad gününü qeyd edən tanınmış fotoqraf Niko Abbasov üçün mapingdən hazırlanmış qeyri adi tort səhnəyə gətirilib.
Digər surpriz isə tədbirin aparıcısı olan Vüqar Azəroğlunun illərdi sevdiyi xanıma hər kəsin qarşısında evlilik təklif etməsi ilə yadda qalıb.
Digər tədbirlərdən fərqli olaraq "7 Gözəl Wedding Fashion Show&Awards 4" hər zamankı kimi tamaşaçıların böyük marağına səbəb olub və hər dəfə olduğu kimi ilklərə imza atıb.
Tədbirin təşkilatçısı "Pİ Group Production", layihənin rəhbəri İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədova, gecənini aparıcısı Vüqar Azəroğlu, musiqi rəhbəri Dj Zaur, tədbirin foto komandası-"Alakbarkarimli", tədbirin video çəkiliş qrupu Vüsal İbadoğluna məxsus olub.
Qeyd edək ki, "7 Gözəl Wedding Fashion Show&Awards 4" informasiya dəstəi News24.az-a məxsus olub. News24.az-ın əməkdaşları tədbirdə mükafatlandırılanlar arasında olub.
Teymur Məmmədov
Video: Fərid Şabanov