18 yaşlı ulduz Mbappeni geridə qoydu, TARİX YAZDI
    • 20-09-2024, 13:15
    • 401

18 yaşlı ulduz Mbappeni geridə qoydu, TARİX YAZDI

La Liqaya 5-dən 5-lə başlayan "Barselona" UEFA Çempionlar Liqasında "Monako"ya 2:1 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki, "Barselona"nı darmadağın edən qol 18 yaşlı Corc İlenixenadan olub.

71-ci dəqiqədə vurduğu qolla "Monako"ya qələbə qazandıran İlenixena Kilian Mbappeyə məxsus klub tarixində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu rekordunu təzələyib.

Qeyd edək ki, İlenixena mövsümün əvvəlində “Royal Antverpen”dən “Monako”ya transfer olunub.

Günel Məlikzadə