Qaş düzəltmək istəyən "Azestetik" göz çıxartdı
    • 23-09-2024, 11:15
    • 2 006

Qaş düzəltmək istəyən "Azestetik" göz çıxartdı

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun açıqlamasına əsasən, “Azestetik Group MMC” şirkətinin Çindən idxal etdiyi avadanlıqları saxtalaşdıraraq satışını həyata keçirdiyi ilə bağlı məlumat vermişdik.

News24.az bildirir ki, Publika.az-ın məlumatına görə, şirkət 20 sentyabr 2024-cü il tarixində həmin məlumatları təkzib etmək üçün Eyyub Hüseynovun da iştirakı ilə mətbuat konfransı təşkil edib.

Konfransın gedişatında saytımızın yalan məlumat paylaşaraq jurnalistikanın etik kodekslərini pozduğu iddia edilib. Saytımızın etibarına xələl gətirəcək şəkildə, heç bir gerçəyə əsaslanmayan, yalan, şişirdilmiş xarakterli yazı olduğuna dair fikirlər səsləndirilib. Xəbərin başlığında yazdığımız “çip” sözününün ümumiyyətlə əsassız olduğu bəyan edilib.

Lakin sözügedən məlumatı Publika.az-la bölüşən AİB sədri Eyyub Hüseynov bütün məlumatların onun özünə aid olduğunu sübutlar ilə təsdiq edib. Onun təsdiqindən sonra şirkətin həmtəsisçisi və direktoru Rəşad Qasımov çip məsələsini təsdiqləyib.

Qeyd edək, yayımladığımız yazı tamamən ekspert rəyinə əsaslanır. Saytımızın şəxsi mövqe göstərdiyinə dair səsləndirilən fikirlər əsassızdır.

“Azestetik” qaş düzəltmək əvəzinə, vurub göz çıxartdı. Publika.az-ı əsassız yerə ittiham etdi. Amma AİB sədri Eyyub Hüseynov sənədlərlə onların bütün əməllərini ifşa etdi. Bu dəfə bütün mətbuatın önündə.