Sabirabadda manyak peyda olub - FOTO
    • 17-06-2019, 10:44
    • 1 211

Sabirabadda manyak peyda olub - FOTO

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

News24.az Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.
Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.