Berendən yeni film -
    • 24-09-2024, 22:57
    • 212

Berendən yeni film - "Gizli Dolap"

İştirak etdiyi layihələrlə yanaşı, şəxsi həyatı ilə də adından söz etdirən Türkiyəli məşhur aktrisa Beren Saatın yeni filmi ilə bağlı təfərrüatlar məlum olub.

News24.az xəbər verir ki, Saat “Gizli kabinet” filmində çəkiləcək.

“Gizli kabinet” filminin çəkilişlərinə başlanıldığı bildirilir.

Baş rolda Beren Saatın çəkildiyi filmin aktyor heyətində uğurlu aktyorlar Yiğit Özşener, Furkan Andıç, Duyğu Sarışın, Pınar Çağlar Gençtürk, Cem Gönen, Gamze Karaduman və Derya Alabora yer alıb. Film Prime Videoda yayımlanacaq.

Qeyd edək ki, film 2025-ci ildə tamaşaçılarla görüşəcək.

Günel Məlikzadə