-
- 27-06-2024, 23:00
- 406
Oskar mükafatlı aktyor İstanbulda film çəkəcək
Stiven Spilberqin "Pianoçu" (2002) filmindəki roluna görə "Ən yaxşı kişi rolu" Oskarını qazanan aktyor Adrien Brodi yeni filmi üçün Türkiyəyə gəlir. Aktyor ABŞ-Türkiyə birgə istehsalı olan “Qızımın dostu” filmində rol alacaq. Aktyoru filmdə Nikki Uilan müşayiət edəcək.
News24.az xəbər verir ki, filmin aktyor heyətinə Leneya Qreys, Şima Rayan və türkiyəli aktrisa Duyqu Mercan daxildir. Rejissoru Ojan Missaghi olan film gənc model Lolanın şöhrət və var-dövlət arzularının arxasınca düşdüyü təcrübələrdən bəhs edəcək.
İstanbulda olacaq filmin çəkilişləri Qalata Qülləsi, Yerebatan Sarnıcı, Topqapı Sarayı, Kapalıçarşı kimi tarixi məkanlarda çəkiləcək. Çəkilişləri oktyabrda başlayacaq psixoloji triller filminin 2025-ci ildə nümayişi planlaşdırılır.
Günel Məlikzadə