61 yaşlı müğənninin 34 yaşlı sevgilisi - FOTO
    • 17-06-2019, 14:18
    • 947

61 yaşlı müğənninin 34 yaşlı sevgilisi - FOTO

Tanınmış sənətçi Zerrin Özer özündən 27 yaş kiçik sevgilisi ilə ailə qurub. 

News24.az-ın Haberler.com-a istinadla verdiyi xəbərə görə, 100 nəfərin iştirakı ilə baş tutan nikah törəni Özerin villasının bağçasında düzənlənib.

Türk pop musiqisinə öz möhürünü vuran 61 yaşlı sənətçi ilə 34 yaşlı Murat Akıncanı özəl gününə bir çox tanınmışlar qatılıb.

Xatırladaq ki, müğənni bir neçə ay qabaq qatıldığı maqazin proqramlarının birində ailə quracağı haqda xəbər vermişdi: “Yaxın günlərdə gözəl xəbəri eşidərsiz. Evlilik təklifi almışam. Uzun zamandır münasibətimiz var. Amma heç vaxt bir yerdə görünməmişik. Sevdiyim şəxs bizim cameədən deyil.

Qəlbimin və yolumun yoldaşıdır, deyə bilərəm. Təklifini qəbul elədim, bir neçə ay içərisində nikah masasına oturacağıq”.

Müğənni müsahibəsində sevgilisinin ünvanına təriflər də yağdırmışdı: “Mənə çox gözəl baxır, lap balaca uşaq kimi əzizləyir.”.