Bu ölkədə eynicinsli cütlüklər evlənə biləcək
    • 25-09-2024, 17:46
    • 288

Bu ölkədə eynicinsli cütlüklər evlənə biləcək

Tayland, Tayvan və Nepaldan sonra eynicinsli cütlüklərin evlənə biləcəyi üçüncü Asiya ölkəsi olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Taylandın kralı Maha Vajiralonqkorn eynicinsli nikahlara icazə verən qanunu imzalayıb. Bu, Cənub-Şərqi Asiyada ilk belə haldır.

Qanun məcəlləsində "kişilər və qadınlar" sözlərini "şəxs" kimi gender baxımından neytral sözlərlə əvəz etmək üçün dəyişikliklər edilib. Yeniliklər LGBTQ+ icmasının evli üzvünə uşaqları övladlığa götürməyə və digər tərəfdaşın əmlakını miras almağa imkan verir.