Çindən raket açıqlaması:
    • 26-09-2024, 23:58
    • 219

Çindən raket açıqlaması: "Qanuni və gündəlik fəaliyyət"

Dünən həyata keçirilən qitələrarası ballistik raket (ICBM) sınağı ilə bağlı Çindən rəsmi açıqlama verilib.

News24.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang mətbuat konfransında dünənki sınağın adi bir hərbi fəaliyyət olduğunu vurğulayaraq, "Qitələrarası ballistik raket sınağı silahımızın, təlim performansımızın sınaqdan keçirilməsi üçün hərbi təlimin qanuni və rutin hissəsidir" dedi. 

Çinin nüvə silahı siyasətinin müdafiə yönümlü olduğunu vurğulayan Zhang, "Çinin nüvə siyasəti çox sabit, ardıcıl və proqnozlaşdırıla biləndir. Nüvə silahını ilk istifadə edən olmamaq və nüvə özünümüdafiə strategiyasına riayət etmək siyasətimizi ciddi şəkildə təqib edirik" dedi. 

Çinin buraxılışdan əvvəl təkcə təhlükəsizlik xəbərdarlığı etmədiyini, həm də hərbi və diplomatik kanallarla əlaqədar ölkələri məlumatlandırdığını ifadə edən Zhang, “Bu vəziyyət Çin ordusunun açıqlığını və şəffaflığını tam şəkildə ortaya qoyur” dedi. 

Günel Məlikzadə