Türkiyədə FİLM KİMİ OLAY: Döyüb yaraladıqdan sonra xəstəxanaya gətirdilər
    • Bu gün, 16:07
    • 80

Türkiyədə FİLM KİMİ OLAY: Döyüb yaraladıqdan sonra xəstəxanaya gətirdilər

Türkiyədə film kimi hadisə yaşanıb.

News24.az “Habertürk”ə istinadən xəbər verir ki, İzmirdə 20 yaşlı gənc bir neçə nəfər tərəfindən döyüldükdən sonra silahla vurulub. 

Hadisəni törədən şəxslər daha sonra gənci xəstəxananın qarşısına gətirərək ərazidən uzaqlaşıblar. 

Kürək, göz və boyun hissəsindən silahla vurulan 20 yaşlı oğlanın görüntülərini xəstəxananın təhlükəsizlik kameraları qeydə alıb. 

Polis araşdırması nəticəsində hadisəni törədən 4 nəfər saxlanılıb. 

Teymur Məmmədov