Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? - Pediatr AÇIQLADI
    • 1-10-2024, 11:22
    • 258

Uşaqlarda piylənmənin qarşısını necə almaq olar? - Pediatr AÇIQLADI

“Uşaqlarda piylənmənin qarşısını almaq üçün düzgün qidalanma strategiyaları tətbiq edilməlidir”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”un “Sağlam səhər” verilişində qonaq olan pediatr Aytəkin Əliyevadır.

Onun sözlərinə görə, ilk növbədə, uşaqlara qidaların düzgün porsiya ölçüləri öyrədilməlidir ki, bu da onların kalori qəbulunu nəzarət altında saxlamağa kömək edir:

“Şirin içkilər və hazır qidaların istifadəsini minimuma endirmək, onların kilo alma riskini azaldır. Uşaqların gündəlik qidasında meyvə, tərəvəz, tam taxıllar və zülal mənbələri yer almalıdır. Fiziki aktivlik, pəhrizlə yanaşı, piylənmənin qarşısını almaq üçün mühüm rol oynayır, buna görə uşaqları müntəzəm olaraq idmana təşviq etmək lazımdır. Eyni zamanda, ailə ilə birlikdə sağlam yemək saatları yaratmaq, uşaqların qidalanma vərdişlərini inkişaf etdirir”.

Pediatr bildirib ki, uşaqların qəlyanaltı vərdişlərini sağlam alternativlərlə əvəz etmək, məsələn, meyvə və qoz-fındıq, piylənmə riskini azaldır:

“Uşaqlara qida seçimləri haqqında düzgün məlumat vermək, onların öz qida seçimlərinə müsbət təsir edir”.

A.Əliyeva sonda qeyd edib ki, televizor və elektron cihazların istifadəsini məhdudlaşdırmaq, aktiv həyat tərzini təşviq etmək lazımdır:

“Uşaqların sağlam qidalanma vərdişlərini inkişaf etdirmək, onların gələcəkdə sağlam həyat tərzi sürmələrini təmin edir”.