Azərbaycanda 1775 müəllim iş yerini dəyişib
    • 19-06-2019, 12:52
    • 848

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib.  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən 1775 müəllim iş yerini dəyişib. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul  edilib.

Uğur qazanmış şəxslər 24-26 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə (ünvan: Mir Cəlal küçəsi 71) gələrək zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdiklərini təsdiq etməlidirlər.