Bakıda sərnişin avtobusu qəza törətdi: xəsarət alan var
    • 2-10-2024, 09:22
    • 200

Bakıda sərnişin avtobusu qəza törətdi: xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Babayev Əli Şahin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.