Avropa İttifaqı Macarıstanı Ədalət Məhkəməsinə GÖNDƏRDİ
    • 3-10-2024, 22:44
    • 516

Avropa İttifaqı Macarıstanı Ədalət Məhkəməsinə GÖNDƏRDİ

Macarıstanla Avropa İttifaqı (Aİ) arasında gərginlik artır.

News24.az xəbər verir ki, Aİ Komissiyası Macarıstana xaricdən maliyyələşən təşkilatları araşdırmağa icazə verən qanuna görə onu Aİ Ədalət Məhkəməsinə göndərib.

Aİ Komissiyasından edilən yazılı açıqlamada, Macarıstanın Budapeşt rəhbərliyi tərəfindən qüvvəyə minən “Suverenliyin qorunması haqqında qanun” səbəbilə Aİ-nin ən yüksək məhkəməsi olan Ədalət Məhkəməsinə sövq edildiyi bildirilib. 

Qanunun Aİ qanunlarına zidd olduğunu bildirən komissiya Macarıstandan tələb edilən bəyanatda qənaətbəxş cavab verilmədiyini və şikayətlərə baxılmadığını qeyd edib.

Günel Məlikzadə