İnşaatda faciə: Ölən və yaralılar var
    • 4-10-2024, 23:34
    • 443

İnşaatda faciə: Ölən və yaralılar var

Tekirdağın Ergene rayonu Çerkezköy yolu üzərindəki kimya fabrikinin tikintisində dəhşətli hadisə baş verib. 

News24.az xəbər verir ki, tikinti sahəsinin asma mərtəbəsinə beton tökülən zaman çökmə baş verib. 

İşçilər Mehmet Kuşçu (55), Metin K., R.Y. və H.Ş dağıntılar altında qalıb. Xəbər üzərinə bölgəyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Yanğınsöndürmə briqadaları tərəfindən dağıntılar altından xilas edilən fəhlələrdən Mehmet Kuşlunun öldüyü müəyyən edilib. Xəsarət alan 3 işçi Çorlu Dövlət Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib. 

Yaralılardan Metin K.-nin həyati təhlükəsinin olduğu öyrənilib.

Polis iki şirkət əməkdaşını və iki əməyin mühafizəsi mütəxəssisini saxlayıb və hadisə ilə bağlı araşdırma başlayıb.

Məryəm İlhamqızı