17 yaşında Avropa çempionu olan Yamalın qəribə həyatı - DOSYE
    • 15-07-2024, 10:41
    • 182

17 yaşında Avropa çempionu olan Yamalın qəribə həyatı - DOSYE

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında baş tutan final matçından sonra İspaniya yığmasının futbolçusu Lamin Yamal xüsusi mükafata layiq görülüb.

O, AVRO-2024-ün ən yaxşı gənc oyunçusu seçilib.

Bəs Lamin Yamal kimdir?

Ötən gün 17 yaşını tamamlayan hücumçu AVRO-2024-də İspaniya millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O, bu oyunların 6-da start heyətdə yer alıb. Yalnız qrup mərhələsinin III turunda Albaniya ilə oyunda sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. O, finalda məhsuldar ötürmə ilə yadda qalıb. Belə ki, 47-ci dəqiqədə məhz L.Yamalın ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.

Lamin Yamal əslən Mərakeşdəndir. O,  13 iyul 2007-ci ildə İspaniyanın Esplugues de Llobregat şəhərində anadan olub. Futbol karyerasına “FC Barcelona”nın azyaşlılarında başlayıb, burada sürətlə yüksəlib və diqqət çəkib. Yamal futbol bacarığı və meydandakı performansı ilə tanınan gənc istedada çevrilib.

Onun dini inancları ilə bağlı heç bir mənbədə məlumat olmasa da, atasının müsəlman olduğu bildirilir.

Atasının müsəlman və mavritan əsilli olması Yamalın da İslama yaxın ola biləcəyi ehtimalını artırır.

Lamin Yamalın anası Ekvatorial Qvineya mənşəlidir. Ekvatorial Qvineya Mərkəzi Afrikada yerləşən bir ölkədir və bu ölkənin əhalisi müxtəlif dinlərə mənsubdur. Yamalın anasının dini inancı ilə bağlı dəqiq məlumat olmasa da, müxtəlif mədəni və dini mənşəyi olan şəxslərin övladlarının adətən multikultural mühitdə böyüdüyü məlumdur.

Yamal 29 aprel 2023-cü ildə əsas komandaya debüt edib.

 "Real Betis" üzərində 4-0 qələbə ilə başa çatan oyunda 83-cü dəqiqədə Gavini əvəz edib. Həmin oyunda keçmiş Barselona qapıçısı Claudio Bravoya qol vurub. O, bu oyuna çıxan ən gənc oyunçu olub- 15 yaş, 9 ay və 16 gündə.

Lamine Yamal kimdir, kaç yaşında, nereli? Lamine Yamal hangi takımlarda  oynadı? - Son Dakika Yaşam Haberleri | Cumhuriyet

16 yaşında AVRO-2024-də Xorvatiya ilə matçda turnirin ən gənc oyunçusu kimi iştirak edib.

Həmçinin o, Fransa ilə qarşılaşmada vurduğu qolla turnirin ən gənc qolçusu kimi tarixə düşüb.

Mükəmməl ötürmə və qol vurma qabiliyyəti olan solayaqlı hücumçu, Yamal əsasən sağ cinahda mərkəz hücumçusu, hücumameyilli yarımmüdafiəçi və ya cinah yarımmüdafiəçisi kimi oynaya bilər. Sağ cinah oyunçusu kimi o, çox vaxt sol ayağı ilə oynamağı xoşlayır.O, həm də sürəti ilə tanınır.