-
- 6-09-2024, 22:25
- 558
"İtlərə qarşı oynamaq edə biləcəyin ən çətin şeydir" - Lamin Yamal
"Barselona"nın gənc hücumçusu Lamin Yamal uşaqlıda atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini açıqlayıb.
News24.az Fanat.Az-a istinadla xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:
"Atam deyirdi ki, itlər dişləmirlər və məni onlarla qaçmağa məcbur edirdi. İtlərlə tez-tez futbol oynayırdım. Onlara qarşı oynamaq edə biləcəyin ən çətin şeydir".
Xatırladaq ki, İspaniya millisi ilə son Avropa çempionatının qalibi olan Yamal turnirin ən yaxşı gənc oyunçusu seçilib. O, həm də turnir tarixində meydana çıxmış ən gənc oyunçu (16 yaş 338 gün) və AÇ-də qol vuran ən gənc oyunçu (16 yaş 362 gün) olub.