Ginnesin Rekordlar Kitabına düşdü: Dünyanın ən böyük...
    • Bu gün, 20:24
    • 218

Ginnesin Rekordlar Kitabına düşdü: Dünyanın ən böyük...

Kiçik yaşlarından fiziki görünüşü ilə həmyaşıdlarından fərqlənən Erik Kilburn edilən ölçmələrdə yeni Ginnesin Rekordunu qırıb.

News24.az xəbər verir ki, 15 yaşlı oğlan qeyri-adi dərəcədə iri əlləri və ayaqları ilə görənləri heyrətə gətirib. 

Səlahiyyətlilər tərəfindən aparılan ölçmələrə görə, Kilburnun ayaqları 34,3 santimetrdir və bu xüsusiyyətinə görə o, yalnız xüsusi hazırlanmış ayaqqabılar geyinə bilir.

Yeniyetmələr arasında 23,2 santimetr ölçü ilə ən böyük əllərə sahib olan Erik qeyri-adi görünüşünü ilk dəfə uşaq bağçasında görüb.

Xüsusi ortopedik ayaqqabılar almaqdan başqa çarəsi qalmayan Erikin anası Rebecca, oğlunun anormal xüsusiyyətlərinin rekordlar kitabına düşüb-düşməyəcəyi ilə çox maraqlanıb. Erikin Ginnesin Rekordlar Kitabına düşəcəyi təqdirdə şirkətlərin ona xüsusi ayaqqabı istehsal etmək üçün müqavilələr təklif edə biləcəyini düşünən ana, oğlunun adına müraciət edərkən maraqlı nəticələrlə qarşılaşıb.

Erikin hekayəsi internetdə diqqət çəkməyə başlayanda dünyanın aparıcı ayaqqabı istehsalçıları onunla razılaşmaq üçün səfərbər olublar. 

Şirkətlər ona sifarişlə ayaqqabı və çəkmələr təklif ediblər. Xarici görünüşünə görə fərqli gözlərlə baxılmağa öyrəşdiyini bildirən Erik, bədən quruluşuna görə yaşıdları tərəfindən zorakılığa məruz qalmadığını da qeyd edib.

Məryəm İlhamqızı