Məşhur futbolçu ada alır - QİYMƏT ŞOK ETDİ - FOTO
    • Bu gün, 14:16
    • 154

Məşhur futbolçu ada alır - QİYMƏT ŞOK ETDİ - FOTO

Dünyaca məşhur braziliyalı futbolçu Neymar 7 milyon funt-sterlinq dəyərində ada almağa hazırlaşır. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu  Braziliya sahillərindəki Japao Şəxsi Adasını almaq üçün razılaşmaya çox yaxındır. 

Tropik ada 365-dən çox adadan ibarət körfəzdə yerləşir və füsunkar çimərliyi ilə seçilir. Mülkə İndoneziya üslubunda tikilmiş əsas villa, iki ev, dəniz mənzərəli üç bungalov və kiçik balıq gölü daxildir.

Adanın hazırkı sahibi qiyməti 3 milyon funt-sterlinqdən çox aşağı salmaqla Neymarın marağını çəkməyi bacarıb.

Teymur Məmmədov