-
- 7-10-2024, 21:03
- 332
Papadan Yaxın Şərqə açıq məktub: “Səsi olmayanların yanındayam”
Katoliklərin ruhani lideri Roma Papası Fransisk HƏMAS-ın 7 oktyabr hücumunun birinci ildönümündə dünya güclərinin Yaxın Şərqdə müharibəni dayandırmaqda “utanc verici acizliyini” tənqid edib.
News24.az xəbər verir ki, o, Yaxın Şərqdəki katoliklərə ünvanladığı açıq məktubda deyir:
“Bir il əvvəl nifrət qaynağı alovlandı; Beynəlxalq ictimaiyyətin və ən qüdrətli ölkələrin silahları susdurmaqda və müharibə faciəsinə son qoymaqda biabırçı acizliyi ucbatından yanğın sönmədi, zorakılıq spiralında partladı. Qan axmaqda davam edir, göz yaşları da. Qəzəb intiqam arzusu ilə birlikdə artsa da, az adam ən çox ehtiyac duyulan və arzulanan şeyə əhəmiyyət verir: dialoq və sülh”.
Qeyd edək ki, 87 yaşlı lider daha əvvəl qlobal sülh üçün "oruc günü" elan edib və son illərdə digər münaqişələr üçün də oxşar təşəbbüslər edib.
Günel Məlikzadə