-
- 8-10-2024, 21:24
- 506
Rəqibini “Ceki Çan” adlandırdı, 10 oyunluq cəza aldı
A seriyasına yüksələn "Komo" bu yay Premyer Liqa təmsilçisi "Wolves"-lə yoldaşlıq oyunu keçirib.
News24.az xəbər verir ki, qarşılaşmada “Komo”nun oyunçusu Marko Kurto komanda yoldaşına Wolves-in cənubi koreyalı hücumçusu Hvanq Hee-çan haqqında “Ona məhəl qoymayın, o, özünü Ceki Çan hesab edir” deməsindən sonra vəziyyət gərginləşib.
Kurtonun bu sözlərindən sonra “Wolves”in futbolçusu Daniel Podens rəqibini yumruqla vurub və qırmızı vərəqə alıb.
Matçdan sonra “Wolves” Marko Kurtonu irqçiliklə bağlı FİFA-ya şikayət edib.
FİFA Honq-Konqlu aktyor Ceki Çanın Cənubi Koreyalı futbolçuya səslənməsini irqçilik kimi qiymətləndirib.
Marko Kurtonu 10 oyunluq cəzalandıran FİFA-nın açıqlamasında "Futbolçu Marko Kurto ayrıseçkilik törətdiyi üçün 10 oyunluq cəzalandırılıb", - sözlərini deyib.
Məryəm İlhamqızı