-
- 8-10-2024, 15:37
- 339
Tələbə yataqxanada bu səbəbdən VƏFAT EDİBMİŞ - FOTO
ABŞ-ın Kolorado ştatında yataqxana otağında cansız vəziyyətdə tapılan 19 yaşlı Hərbi Hava Qüvvələri Akademiyası tələbəsinin ölüm səbəbi məlum olub.
News24.az NTV-yə istinadən xəbər verir ki, məhkəmə ekspertləri 19 yaşlı Averi Koonsun ölüm səbəbinin pnevmoniya olduğunu açıqlayıblar.
Hesabatda bədbəxt gənc qızın xroniki öskürəyi olduğu və müalicə olunmadığı üçün xəstəliyinin gündən-günə daha da şiddətləndiyi müəyyən edilib.
Dr. Michael Baden, ''Əslində gənc qızın xəstəliyi müalicə edilə bilərdi. Mən bu ölümə səhlənkarlıq kimi baxıram. Onun xəstəliyi müalicə olunsaydı, antibiotiklərlə onun ölümünün qarşısı alına bilərdi" deyib.
Günel Məlikzadə