Yeni qurbağa növü kəşf edildi - MARAQLI ARAŞDIRMA
    • 9-10-2024, 20:04
    • 471

Yeni qurbağa növü kəşf edildi - MARAQLI ARAŞDIRMA

Çinin cənub-şərqində, 2000 metr hündürlükdə yerləşən Huangqanq dağının zirvəsində aparılan araşdırmada yeni salamandra(quyruqlu qurbağa) növü aşkar edilib.

News24.az xəbər verir ki, yeni növ, bədənindəki fərqli qara ləkələrə və parlaq narıncı alt hissələrinə görə "Od qarınlı salamandar" adlandırılıb.

Quyruqlu qurbağalar kimi də tanınan salamandralar təxminən 500 amfibiya növünün ümumi adıdır.

Salamandralarin uzun bədənləri və uzun quyruqları var.

Qeyd edək ki, Çinli tədqiqatçılar bölgədə başqa naməlum heyvanların olduğunu da təxmin edirlər.

Məryəm İlhamqızı