Nəcməddin Sadıkov at yarışında... - FOTOLAR
    • Bu gün, 13:52
    • 736

Nəcməddin Sadıkov at yarışında... - FOTOLAR

Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra publika qarşısına çıxıb. 

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntü paylaşılıb. 

Kadrda Nəcməddin Sadıkovun DSX rəisi Elçin Quliyevlə yanaşı oturduğu görünür.  vakansiya

Fotunun 2-3 gün əvvəl Bakıda at yarışları zamanı çəkildiyi iddia olunur. 

Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib.