-
- 9-10-2024, 19:55
- 511
ABŞ böyük təhlükə ilə üz-üzədir: XƏBƏRDARLIQ EDİLDİ
Federal və yerli hakimiyyət orqanları Florida sahillərinə doğru hərəkət edən və sürəti saatda 230 kilometrə çatan Milton qasırğası barədə xəbərdarlıq etməyə davam edir.
News24.az xəbər verir ki, NWS-in bəyanatında belə deyilir:
"Əgər Milton öz kursunu davam etdirsə, bu, Tampa körfəzinə son 100 ildə vuran ən güclü qasırğa olacaq".
Açıqlamada, qasırğadan ən çox təsirlənəcək bölgələrin 3-4,5 metrə qədər su altında qala biləcəyi və böyük okean dalğalarına səbəb ola biləcəyi paylaşılıb.
Florida qubernatoru Ron DeSantis, əyalət hökumətinin Milton qasırğasının nəticələrinin aradan qaldırılması üçün "görünməmiş resurslar ayırdığını" bildirərkən, sakinləri "evakuasiya əmrlərinə riayət etmələri" mövzusunda xəbərdarlıq etməyə davam edib.
Hava izləmə saytı The Wheater Channel, qasırğanın çərşənbə gecəsi gec və ya cümə axşamı səhər ABŞ materikinə çatacağını və Florida ştatının Tampa, Sarasota və Fort Myers kimi yaşayış məntəqələri də daxil olmaqla, sıx məskunlaşan ərazilərinə təsir edəcəyini bildirib.
Günel Məlikzadə