Allergiyası olduğu üçün təyyarədən ENDİRİLDİ
    • Bu gün, 18:19
    • 319

Allergiyası olduğu üçün təyyarədən ENDİRİLDİ

ABŞ-da sərnişin qida allergiyası səbəbindən Delta reysi ilə yola düşərkən təyyarədən endirilib.

News24.az bu barədə Daily Mail-ə istinadən xəbər verir.

Bostondan olan Ellie Brellis TikTok izləyicilərinə bildirib ki, o, bu yaxınlarda “yüngül anafilaktik şok” keçirib və bu barədə aviaşirkətin nümayəndəsini xəbərdar etmək qərarına gəlib. Beləliklə, qız "özünü qorumağa və təhlükəsiz uçuşu təmin etməyə" ümid edib.

Lakin ekipajın bu xəbərə reaksiyası amerikalını şoka salıb. 

Delta işçiləri onu təyyarədən endirərək, "uçmağa uyğun" olub-olmadığını müəyyən etmək üçün minməzdən əvvəl həkimə müraciət etməli olduğunu söyləyiblər. 

Nəticədə, qızın çamadanları Bostona uçub, özü isə aviaşirkət uçuş zamanı onun təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bildirdiyi üçün Los-Anceles hava limanında qalıb.

Aviaşirkətin özü hələlik insidentlə bağlı açıqlama verməyib.

Məryəm İlhamqızı