Pilot uçuş zamanı öldü
    • Dünən, 15:03
    • 212

Pilot uçuş zamanı öldü

“Türk Hava Yolları”nın kapitan-pilotu Sietl-İstanbul reysi zamanı vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi Yahya Üstyun “X” sosial şəbəkəsində açıqlama edib. 

Məlumata görə, təyyarə Nyu-Yorka təcili eniş edib. 

Bildirilib ki, 59 yaşlı pilot İlşehin Pehlivan “Airbus 350” təyyarəsinin uçuşu zamanı huşunu itirib.

“İlkin tibbi müdaxilə nəticə vermədikdə, təyyarənin ekipajı təcili eniş etmək qərarına gəldi, lakin kapitanımız yerə enmədən əvvəl dünyasını dəyişdi”, - deyə qeyd edilib. 

Aviaşirkətin nümayəndəsi mərhum pilotun aviasiya tibb mərkəzində vaxtaşırı tibbi müayinədən keçib, səhhətində heç bir problem aşkarlanmayıb. 

Teymur Məmmədov