Qazlara görə qonşunu güllələdi - FOTO
    • Bu gün, 12:45
    • 219

Qazlara görə qonşunu güllələdi - FOTO

Türkiyədə qonşunun həyətinə girən qazlar cinayətə səbəb olub.

News24.az DHA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Karaağaç rayonunda yaşanıb. 

İki qonşu arasında qazların bağa girməsi ilə bağlı mübahisə yaranıb və davaya çevrilib. Bu vaxt Şemdil Sağlam adlı şəxs qonşusu Çerkez Erayı tapança ilə vurub.

Xəstəxanaya aparılan 3 uşaq atası Çerkez Erayın həyatını xilas etmək mümkün olmayıb. Şemdil Sağlam polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. 

Teymur Məmmədov