-
- 10-10-2024, 14:21
- 368
Dəhşətli hadisə: Tələbə ölümlə üz-üzə gəldi
İstanbulda özəl universitetdə təhsil alan Emir Öksüzoğlu (20) universitetə getmək üçün evdən çıxıb.
News24.az xəbər verir ki, gənc tələbə yolda gedərkən iş yerinin 1-ci mərtəbəsindəki dəmir məhəccər onun başına düşüb.
Zərbənin təsirindən yerə yıxılan tələbə kəllə-beyin travması alıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupu sövq edilib.
Gəncin başında tikiş atıldığı və həyatının təhlükədə olmadığı öyrənilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Günel Məlikzadə