-
- 11-10-2024, 08:13
- 675
Bu ölkənin sabiq prezidenti barəsində SAXLANILMA QƏRARI VERİLDİ
Boliviya prokurorluğu keçmiş prezident Evo Moralesin "insan alveri" ittihamı ilə ifadə verməsi üçün saxlanılma qərarı verib.
News24.az xəbər verir ki, bu barədə Boliviya mətbuatında məlumat yayılıb.
Prokuror Sandra Qutierrez verdiyi açıqlamada Moralesin 2006-2019-cu illər arasında prezident olduğu dövrdə "insan alveri" ilə məşğul olduğu iddiası ilə saxlanılma qərarı verildiyini bildirib: "Moralesə və istintaq altında olan digər şəxslərə lazımi qaydada məlumat verilib. Heç kimin müdafiə hüququ pozulmur, hər şey şəffaf və qanun çərçivəsində həyata keçirilir".
Daha əvvəl iki dəfə ifadə verməyə çağırılan Morales müxtəlif bəhanələr gətirərək ittiham tərəfinin müraciətlərini cavabsız qoyub.
Teymur Məmmədov