Nərimanovda “şou” göstərmək istəyən sürücü avtobus zolağına girdi - VİDEO
    • Bu gün, 12:32
    • 747

Nərimanovda “şou” göstərmək istəyən sürücü avtobus zolağına girdi - VİDEO

Paytaxtın Nərimanov rayonu qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

News24.az bildirir ki, Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl rayonun Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Hərəkətdə olan 77-BU-334 dövlət nömrə nişanlı “Mercedes CLS500” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydalarını pozub. Belə ki, o, zolaqları arası keçid edərək hərəkətdə olan digər nəqliyyat vasitələrini ötüb. “Şou” göstərən sürücü  sonda ən sağ zolağa keçid edib və avtobus zolağına daxil olub.

Qeyd edək ki, sürücünün törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə nizamlanır.