-
- 11-10-2024, 17:13
- 483
İranlı iş adamının Azərbaycandan çıxışına QADAĞA
Azərbaycanda iranlı iş adamı məhkəməyə verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun şirkətinin uzun müddətdir borcları ödəməməsi olub.
Belə ki, iş adamı Nima Alizadeh Arablouy Yekana məxsus “BİZ Carman” MMC şirkətinin dövlət büdcəsinə vergi borcu yaranıb. Ancaq o, bir müddətdir bu borcları ödəməyib. Buna görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.
Dövlət qurumu iddiada borcu ödəmədiyi təqdirdə ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.