“Məni əsmə tutur”
    • 11-10-2024, 17:58
    • 209

“Məni əsmə tutur”

“Ətrafımda qızlar var, ürəkləri gedir, ikinci dəfə ərə getsinlər, gözəl toy etsinlər. Amma məndə o arzu yoxdur”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, rəqqasə Renka bu barədə “Xəbərin var” verilişində deyib.

“Sənətçi ikinci dəfə ailə qurmaqla barədə aparıcının “Sevdiyim insanla münasibətini rəsmiləşdirmək istəyirsən? Yəni tam olaraq necə yazılır sənəddə – ər və arvad” sualını cavablandırıb:

“Nə danışırsan, onun adı gələndə məni əsmə tutur. Rəsmi kağız mənim üçün artıq son deməkdir. Özü də bu yaşımda… Elə olsa, qadağalar olacaq. Həm onun tərəfindən mənə, həm də elə özüm-özümə qadağalar qoyaram. Ətrafımda qızlar var, ürəkləri gedir, ikinci dəfə ərə getsinlər, gözəl toy etsinlər. Amma məndə o arzu yoxdur. Heç bir qram belə istəmirəm”.