-
- 14-10-2024, 16:39
- 1 215
Barışmaq üçün çağırdı, 8 bıçaq zərbəsi ilə öldürdü
Barəsində uzaqlaşdırma qərarı çıxarılan Ö.T. (50) ilə Huriye Ö.(44) arasında Samsunun Tikənli rayonundakı parkda mübahisə düşüb.
News24.az xəbər verir ki, mübahisə böyüyərkən, Ö.T, Huriye Ö. və qızı N.Ö-yə (17) bıçaqla xəsarət yetirib.
Yaralılardan biri olan Huriye Ö. xəbər alındıqdan sonra bölgəyə gələn sağlamlıq qrupları tərəfindən Vezirköprü Dövlət Xəstəxanasına aparılıb. Müdaxilə olunsa da, onu xilas etmək mümkün olmayıb. N.Ö yüngül yaralanıb. O, müalicədən sonra evə buraxılıb.
Hadisə yerindən qaçan Ö.T. qısa müddətdə polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.
Ö.T. ile Huriye Ö-nün qohum olduqları, qətl şübhəlisinin qadını barışmaq üçün parka dəvət etdiyi öyrənilib.
Məryəm İlhamqızı