Döyüş təyyarəsi qəzaya uğradı - Bu ölkədə
    • Bu gün, 08:47
    • 152

Döyüş təyyarəsi qəzaya uğradı - Bu ölkədə

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler tipli döyüş təyyarəsi ABŞ-ın Vaşinqton ştatında təlim uçuşu zamanı Rainier dağının şərqində qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada təyyarədə 2 ekipaj üzvü olduğu və ekipaj üçün helikopter yardımı ilə axtarış-xilasetmə əməliyyatının başladığı bildirilib.

Açıqlamada, “15 oktyabr saat 19:00-a olan məlumata görə, iki ekipaj üzvünün statusu məlum deyil”.

Eyni zamanda, qəzanın da səbəbi hələlik məlum deyil.

Günel Məlikzadə