Surroqat analıq "ümumbəşəri cinayət" kimi QƏBUL OLUNDU
    • 17-10-2024, 20:14
    • 301

Surroqat analıq "ümumbəşəri cinayət" kimi QƏBUL OLUNDU

İtaliyanın baş naziri Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı “İtaliya Qardaşları” (FdI) partiyası tərəfindən hazırlanan, ölkədə artıq cinayət sayılan surroqat analığın(daşıyıcı ana) "Universal cinayət" kimi baxılması təklifi, 1,5 ildən çox davam edən parlamentdə təsdiqləmə prosesini tamamlayıb.

News24.az xəbər verir ki, ölkədə ilk dəfə 2023-cü il iyulun 26-da parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi bu gün Senatda səsə qoyulub.

200 yerlik Senatın Baş Assambleyasında keçirilən səsvermədə İtaliyada surroqat analığın universal cinayət hesab edilməsi ilə bağlı qanun layihəsi 58 “xeyr” səsinə qarşı 84 “hə” səsi ilə qəbul edilərək qanuna çevrilib.

Bildirilib ki, surroqat analıq İtaliyada 2004-cü ildən cinayət hesab olunduğu üçün bu qanun layihəsinin məqsədi insanların bu əməl üçün xaricə getməsinin qarşısını almaqdır. Yeni qanunla müxtəlif ölkələrdə surroqat analıq üçün müraciət edən italyanlar 2 il həbs və 1 milyon avroya qədər pul cəzası ilə mühakimə olunacaqlar.

Məryəm İlhamqızı