-
- 17-10-2024, 22:14
- 204
Şimali Koreya Cənuba "düşmən dövlət" dedi
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Şimali Koreya bölgədə gərginliyi artıracaq konstitusiya dəyişikliyi edib.
News24.az xəbər verir ki, Şimali Koreyanın konstitusiyaya etdiyi dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq "açıqcasına düşmən dövlət" olaraq təyin olunduğu bildirilib.
Xəbərdə oktyabrın 15-də Koreyaları birləşdirən bəzi yolların partladılmasının səbəbinə də toxunulub və bu inkişafın konstitusiya dəyişikliyinə uyğun olaraq “qaçılmaz və qanuni” tədbirlər olduğu qeyd edilib.
Bəyanatı yer alan Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Pxenyan cənub sərhədlərini “daimi olaraq gücləndirmək üçün tədbirlər görməyə davam edəcək”.
Yonhap xəbərinə görə, Cənubi Koreyanın Birləşmə Nazirliyindən verilən açıqlamada, "birləşmə əleyhinə" olaraq xarakterizə edilən "düşmən dövlət" tərifi pislənilib.
Bəyanatda həmçinin “Şimalın təxribatlarına sərt cavab veriləcəyi” vurğulanıb.
Günel Məlikzadə