-
- 9-10-2024, 22:13
- 411
Şimali Koreya Cənubla əlaqələrini kəsir
Şimali Koreya Cənubi Koreyaya qarşı yeni tədbir elan edib.
News24.az KCNA xəbər agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya Xalq Ordusu sərhəddəki avtomobil və dəmir yolu əlaqələrinin oktyabrın 9-dan etibarən kəsiləcəyini, sərhəd bölgələrinin müdafiə strukturları ilə möhkəmləndiriləcəyini bildirib.
Cənubi Koreyanın "əsas düşmən dövlət" və "sabit əsas düşmən" olaraq xarakterizə edildiyi bəyanatda, "Ordumuzun sərhədləri daimi olaraq kəsib bağlaması müharibənin qarşısını almaq və müharibəni təmin etmək üçün özünümüdafiə tədbiridir" deyə qeyd edilib.
Günel Məlikzadə