Şimali Koreya Cənubu günahlandırır: “Paytaxtımıza dron göndərdilər”
    • 11-10-2024, 23:27
    • 502

Şimali Koreya Cənubu günahlandırır: “Paytaxtımıza dron göndərdilər”

Cənubi Koreya ilə Şimali Koreya arasında hərbi gərginlik artmaqda davam edir. 

News24.az xəbər verir ki, son aylarda iki ölkə sərhədindən göndərilən zibillə dolu şarlar və vərəqələr dünya gündəmini zəbt edib.

Şimali Koreyanın dövlət mediası KCNA-nın məlumatına görə, Cənubi Koreya bu dəfə Şimalın paytaxtı Pxenyana pilotsuz uçuş aparatları göndərib.

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada paytaxt Pxenyana pilotsuz təyyarə göndərilməsi siyasi və hərbi təxribat kimi qiymətləndirilib.

Cənubi Koreyanın pilotsuz uçuş aparatının ölkəyə girişinin qisas tələb etdiyini vurğulayan Şimali Koreya ordunun bütün mövcud hücum tədbirlərinin hər an hərəkətə keçməyə hazır olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, Şimali Koreya təxribatlarını dərhal dayandırmaq üçün Cənuba cavab verməyə hazırlaşır.

Günel Məlikzadə