Tələbə Aysel yol qəzasında öldü - FOTO
    • Bu gün, 19:54
    • 227

Tələbə Aysel yol qəzasında öldü - FOTO

Nişantaşı Universitetinin tələbəsi Aysel Yurtoğlu və eyni universitetin suriyalı tələbəsi Zeyit Əl Həmid motosikletlə küçədə hərəkət edirdilər. Əl Həmid motosikletin idarəetməsini itirərək qarşısındakı avtomobilə çırpılıb.

News24.az xəbər verir ki, qəzada Aysel Yurtoğlu və Zeyit Əl Həmid yola düşüblər. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Hadisə yerinə gələn sağlamlıq qrupları ağır yaralanan Aysel Yurtoğluna ilk tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparıb.

Motosikletin sürücüsü Zeyit Əl Həmid polis qrupları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Ağır yaralanan Aysel Yurtoğlu qəzadan bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Günel Məlikzadə